Bakı sakini ürəyindən bıçaqlanıb, vəziyyəti ağırdır

Cəmiyyət


Bakıda dava zamanı bir nəfər ölümcül xəsarət alıb.

APA xəbər verir ki, hadisə münaqişə zəmnində baş verib.

Dava zamanı 1990-cı il təvəllüdlü Qurbanzadə Kənan Natiq oğlu ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Hadisə Yasamal rayonunda qeydə alınıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir