Emin Əmrullayev: “Müəllimin 51-dən çox bal toplaması o demək deyil ki, dərhal direktor qoyulacaq”

Cəmiyyət


“Müəllimin sertifikasiya imtahanlarında 51-dən çox bal toplaması o demək deyil ki, dərhal direktor qoyulacaq”. 

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib. 

Onun sözlərinə görə, bunun üçün müəyyən proseslər var: 

“Yüksək nəticə toplayıb direktor olmaq istəyən müəllimlər peşəkar bir direktorun yanında müavin olsa, gələcəkdə daha yaxşı olar”.

O qeyd edib ki, məktəb direktorlarına tam müstəqillik verilməsi doğru deyil: “Bəzən bu, neqativ hallara səbəb olur”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir