Abşeronda zibillər daşınmır: Ətrafı üfunət bürüyüb – VİDEO

Cəmiyyət


Abşeron rayonunda zibillər daşınmır.

Bu barədə Oxu.Az-a ərazidəki sakinlər bildirib.

Qeyd edilib ki, rayonun Nübar qəsəbəsində məişət tullantıları qalaqlanır:

“Yay fəsli olduğu üçün üfunət iyi hər tərəfi bürüyüb. Həmin zibillər yandırıldıqda isə tüstü ətrafa yayılır, ərazidən keçmək mümkün olmur”.

Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, hazırda ərazidə təmizləmə işləri aparılır. 

İlhamə Əbülfət

www.102info.az