Şirvanda yol-nəqliyyat hadisəsi baş verdi: Xəsarət alanlar var

Cəmiyyət


Şirvan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə Şirvan şəhərində şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb.

Qəza zamanı Hacıqabul rayonunun Muğan kəndinin sakini, 1986-cı il təvəllüdlü Emin Mehdi oğlu Umudov və Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Səbuhi Gülməmməd oğlu Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir