3 yaşlı Xəzərin sağalmağı üçün 500 manata ehtiyacı var – FOTO

Cəmiyyət


Üç yaşlı Xəzər Babazadə qaraciyər çatışmazlığından əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Məlahət Babayeva məlumat verib.

O bildirib ki, övladına orqan köçürmə əməliyyatı edilməlidir.

“Xəzər anadangəlmə qaraciyər çatışmazlığından əziyyət çəkir. Nə qədər müalicələr etsək də, heç bir faydası olmadı. Həkim artıq övladıma qaraciyər köçürülməli olduğunu deyir. Əməliyyat Türkiyədə özəl klinikalardan birində keçiriləcək”.

Məlahət Babayeva bildirib ki, Xəzərin əməliyyatı üçün 45 000 dollar ödəməlidirlər.

“Klinikada bizdən əməliyyat üçün 45 000 dollar istənilib, bu da 76 500 manat edir. Bizim bu məbləği toplamağa imkanımız olmadığı üçün məcbur evimizi 68 000 manata satmışıq, 8 000 manat isə yardımsevər şəxslərin, dost-tanışların sayəsində toplaya bilmişik. Hazırda övladımın əməliyyat olub sağlamlığına qovuşması üçün 500 manatımız çatmır. İnanın ki, bu məbləği toplamaq bizim üçün mümkünsüzdür. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını, kömək etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 569-77-29

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir