Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət


Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da məhkəmə hakimləri vəzifəsinə qəbul üçün test imtahanı keçirəcək.

Qurumdan bildirilib ki, imtahan iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada təşkil ediləcək.

İmtahan DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (“8 Noyabr” metro stansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınan namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir