Prokurorluq: “Təbiətə vurulmuş ziyanla bağlı büdcəyə 1,5 milyon manatdan çox ödəmə edilib”

Cəmiyyət


“Prokurorluq ekoloji cinayətlərin törədilməsi nəticəsində təbiətə vurulmuş ziyanla bağlı dövlət büdcəsinə 1,5 milyon manatdan artıq ödəməni təmin edib”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev deyib.

Onun sözlərinə görə, təkcə bu ilin ilk yarım ilində yerin təkinin qorunması və istifadəsi qaydalarının pozulması və qanunsuz ağackəsmə nəticəsində dəymiş 1,5 milyon manatlıq ziyan könüllü olaraq sahibkarlar və şirkətlər tərəfindən ödənilib:

“Qısa zaman ərzində davam edən araşdırmalar nəticəsində toplanan sübutlar qarşısında qanun pozuntusuna yol vermiş şəxslər qanunsuz əməllərini etiraf ediblər. Həmin şəxslərin məsuliyyət məsələləri həll olunmaqla yanaşı, ziyanın ödənilməsi və ətraf mühitə dəymiş ziyanın bərpa olunmasına dair kompleks tədbirlər görülüb”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir