Leysan yağışları Qax rayonunda bəzi yollara ziyan vurub – VİDEO

Cəmiyyət


Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax rayonu ərazisində yol infrastrukturuna ziyan dəyib.  

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Leysan xarakterli yağışlar nəticəsində respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yoluna və yerli əhəmiyyətli Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu, M-5(83km) Qıpçaq-Üzümlü avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələrinə və suötürücü borulara ziyan dəyib.

Əraziyə AAYDA-nın “13 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində təxirəsalınmaz tədbirlər görülərək yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

  

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir