Namus üstündə qonşusunu bıçaqladı – MƏHKƏMƏ

Cəmiyyət


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabadda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Hikmət Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd edək ki, 2022-ci il yanvarın 28-də Sabirabad rayonu, Qarağac kənd sakini İmaməli Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlər alması faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Hikmət Mirzəyev qeyd edilən tarixdə zor tətbiq etməklə İmaməli Hacıyevin yaşadığı evə daxil olub. O, İmaməli Hacıyevə anasının gözləri qarşısında qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirib, onu qəsdən öldürməyə cəhd edib. Hikmət Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttihama görə, Hikmət Mirzəyev hərbi xidmətdə olarkən arvadı qonşuluqda yaşayan İmaməli Hacıyev ilə tanış olub, aralarında yaxın münasibətlər yaranıb. Hikmət Mirzəyev hərbi xidmətdən qayıtdıqdan sonra arvadının qonşusu İmaməli Hacıyev ilə yaxın münasibətdə olmasından və ona xəyanət etməsindən şübhələnib. Hadisə də elə bundan sonra baş verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir