Vəzifə səlahiyyətlərindən sui-istifadə edən 87 nəfər işdən azad olunub – AÇIQLAMA

Cəmiyyət


“Son 3 ildə meşə mühafizəsi və bərpası müəssisələrindən vəzifə səlahiyyətlərindən sui-istifadə edən 87 nəfər şəxs işdən azad olunub”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Baş Prokurorluq və ETSN-in birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” adlı mətbuat konfransında çıxış zamanı deyib.

O bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə yaşıllıqların mühafizəsini düzgün təşkil etməyən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən yeddi nəfər işindən azad olunub:

“Müvafiq dövr ərzində əməkdaşlarımızın vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmələri üçün zəruri tədbirlər görülür. Xoşagəlməz faktlar varsa, burada nəzarət mexanizmində də nöqsanların, boşluqların olma ehtimalı var. Bu kimi hallar hər zaman araşdırılır”.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov isə bildirib ki, təmsil etdiyi agentliyin fəaliyyətə başladığı dövrdən bu günə qədər çalışan əməkdaşları arasında vəzifə səlahiyyətlərindən sui-istifadə edən bir sıra şəxslərə töhmət verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev isə təmsil etdiyi qurumun mövcud qanun pozuntuları zamanı aidiyyəti əməkdaşlar arasında vəzifə səlahiyyətlərinin icrası zamanı nöqsanlara yol verən əməkdaşlarının olmadığını qeyd edib.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir