Azərbaycanlı gənc rejissor Türkiyədəki zəlzələ ilə bağlı “Bir an” adlı sənədli film hazırladı – VİDEO

Cəmiyyət


Türkiyədə bu il fevralın 6-da baş vermiş və 50 mindən çox insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələ barədə “Bir an” adlı sənədli film hazırlanıb.

Oxu.Az-ın məlumatına görə, ekran işinin rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu Almaz Qasımovadır.

Sənədli filmin qəhrəmanı jurnalist Sabir Səfərovdur. Filmdə qeyd olunub ki, həm qəhrəmanın yaşadığı hisslər, həm peşəsinə adekvat davranışı, həm də Azərbaycan mediasının qardaş ölkənin dərdinə şərik olması insanlıq nümunəsidir.

Zəlzələ bölgəsinin mənzərəsi və jurnalistin portreti bu filmdə bir-birinə diffuziya edərək filmin vahid strukturunu təşkil edir.

Filmdə dəhşətli zəlzələnin xronikası da təqdim olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir