Xaçmaz-Quba yolundan istifadə edən sürücülər yoldakı yenilikdən şikayətçidirlər.
Xezerxeber.az-ın məlumatına görə, yeni körpü tikilib, ancaq körpü dar olduğuna görə yol da dardır.
Sürücülər bu yoldan keçərkən təhlükə ilə qarşılaşdıqlarını bildiriblər:
“Yol müasirdir, ancaq iki avtomobil yan-yana keçə bilmir”.
Sürücülər qeyd ediblər ki, bu yoldan ağır tonajlı yük maşınları çətinliklə keçsə də, kip vuran ot maşını və əkinlərin biçilməsi üçün nəzərdə tutulan konbaynlar keçə bilmirlər:
“Əvvəllər bu yol yaxşı idi, indi beton baryerlərlə örtüldükləri üçün kənd təsərrüfatı texnikalarının gediş-gəlişi çətinləşib”.
Avtomobil Yolları Dövlət Agentliyindən mövzu ilə bağlı bildirilib ki, yol beynəlxalq standartlara uyğundur:
“Sözügedən ərazidə iki tərəfli hərəkət təmin olunub və hərəkət zolaqları tam olaraq beynəlxalq standartlara uyğundur”.
Daha ətraflı süjetdə:
www.102info.az