Ötən gün səhər saat 9 radələrində əsgər yola salma mərasimində avtoxuliqanlıq hərəkətləri edərək görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Astara şosesində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Vüsal İxtiyar oğlu Məhərrəmov, 1996-cı il təvəllüdlü Eltun Firdovsi oğlu Məmmədov, 2000-ci il təvəllüdlü Raqib Şadulla oğlu İdrisov, 1996-cı il təvəllüdlü Namiq Sərdar oğlu Qasımov və 2000-ci il təvəllüdlü İsaq Söhrab oğlu Zayidov VAZ 2107 markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və VAZ 21015 markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol-hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.
Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə yanaşı 15 sutka həbs cəzası alıblar.
www.102info.az