Sumqayıtda yaşayan Qubadlı rayonu, Saldaş kənd sakini 98 yaşlı Maral Xankişi qızı Əsədovaya COVID-19 əleyhinə peyvənd vurulub. “Report” xəbər verir ki, vaksinasiya Sumqayıt şəhər 2 saylı Uşaq Poliklinikasının həkimləri tərəfindən M. Əsədovanın 2-ci mikrorayonda yaşadığı evdə həyata keçirilib. O, hazırda özünü yaxşı hiss edir.
