Bu gün isti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.
Nazirlikdən verilən məlumata görə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb.
“Bütün çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi təmin olunub, çimərliklərə naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib. Hazırda xidmət davam etdirilir”, – deyə məlumatda qeyd edilib.
www.102info.az