Ağcabədidə toyda 30-dan çox şəxs zəhərləndi

Cəmiyyət


Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.

APA xəbər verir ki, Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

www.102info.az

Spread the love