Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Cəmiyyət


Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, Samux rayon sakini E.İlyasov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə Gəncə şəhəri Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Hüseynova Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşı olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir