Abşeronda avtomobillər toqquşub, 22 yaşlı sürücü ölüb

Cəmiyyət


Abşeronda avtomobillər toqquşub.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Nicat Süleymanlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Vüqar Quliyevin idarə etdiyi “Ravon Nexia” markalı avtomobil toqquşub.

Nəticədə Nicat Süleymanlı hadisə yerində ölüb. Vüqar Quliyev və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

www.102info.az