Gənclərə “Viki-mən 2” layihəsi çərçivəsində “Vikipediya” təlimləri keçirilib – FOTO

Cəmiyyət


“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında həyata keçirilən “Viki-mən 2” layihəsi yekunlaşıb.

Bir ay davam edən və səkkiz sessiyadan ibarət olan layihənin əsas məqsədi gənclərə “Vikipediya” haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də “Vikipediya”da etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq olub.

Layihənin bağlanış mərasimində AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, şöbənin baş mütəxəssisi Elnur Eltürk və digər qonaqlar, təlimçi-ekspertlər, layihə iştirakçıları və üzv gənclər iştirak ediblər.

Natiqlər çıxışlarında “Vikipediya”nın Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini müxtəlif dillərdə təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu, davam edən informasiya müharibəsində, ölkəmizin milli maraqlarının, Azərbaycanın haqlı mövqeyinin təmin olunması istiqamətində əsas gücün gənclərin, xüsusilə xarici dillərdə çatdırmağı bacaran nəslin üzərinə düşdüyünü diqqətə çatdırıblar. Çıxışlar zamanı gənclərin təlimlərə göstərdiyi marağı və mövzunun aktuallığını nəzərə alaraq belə layihələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, artıq ənənə halını almış layihəyə bu il 150-dən çox gənc müraciət edib və 20 gənc müsahibə mərhələsini uğurla başa vuraraq layihədə iştirak haqqı qazanıb. Layihə çərçivəsində gənclər “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, “Vikipediya”da məqalə yaratma, mövcud məqalələr üzrə redaktə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi və s. mövzularda bilik və bacarıqlarını artırıb, öyrəndiklərini praktikada tətbiq ediblər. Layihə müddətində iştirakçılar tərəfindən 50-dən çox məqalə yaradılıb və redaktələr olunub. Layihəni müvəffəqiyyətlə başa vuran 15 nəfər gənc sertifikat və diplomlarla təltif olunub. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir