Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, MİQ üzrə 9 000-dən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum səkkiz yer seçə bilər.
www.102info.az