6 yaşlı Tuncayın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Firuzə Nəcəfbəyli məlumat verib.
O bildirib ki, övladı anadangəlmə danışma və eşitmə qüsurludur.
“Tuncay anadangəlmə danışma və eşitmə məhdudiyyətlidir. Övladımın qulağının 50% eşitməsi üçün qulağına cihaz taxılmalıdır. Həmin cihazın qiyməti isə 4 000 manatdır”
Gənc ana bildirib ki, həmin cihazı almaq üçün 3 000 manatları çatmır.
“Tuncayın atası bizi atıb gedib, özüm çiyələk və taxıl sahələrində günü 10 manata işləyirəm. Tuncaya isə anam baxır. İnanın ki, qazandığım pulla güclə yemək alıb çatdıra bilirəm. Tuncay mənim tək övladımdır, onun mənim səsimi eşitməməsi, səsimə reaksiya verə bilməməsi məni çox incidir. Cihazı almaq üçün 1 000 manat toplaya bilsəm də, geridə qalan 3 000 manatı toplamaq mümkünsüzdür. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 541-93-80
www.102info.az