30-dan çox aptekdə yoxlama aparıldı, nöqsanlar aşkar edildi – FOTO

Cəmiyyət


Analitik Ekspertiza Mərkəzi ötən ay ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı təqdim edir.

AEM-dən verilən xəbərə görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə beş aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Yeddi adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, iki aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir