Lənkəranda odla ehtiyatsız davranan qadın yanıq xəsarətləri alıb

Cəmiyyət


Lənkəranda odla ehtiyatsız davranan qadın yanıq xəsarətləri alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kərgəlan kəndində baş verib.

Kənd sakini 1978-ci il təvəllüdlü Zəhra Fikrət qızı Hüseynova gündəlik təmizlik işləri görmək üçün həyətə düşüb.

Həyətdəki təmizlik işlərindən sonra küçədə yığılan zibil tullantılarını təmizləyib yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın, benzindən istifadə edib. Bu zaman ani ehtiyatsızlıq qadının özünün yanmasına səbəb olub. Onun qışqırığına anası və qonşuları gəliblər.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Z.Hüseynova qonşuların köməyi ilə təcili tibbi yardım maşınında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, Z.Hüseynovanın bədəninin ümumi səthinin 2-3-cü dərəcəli termiki yanığı diaqnozu ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Xəstəyə zəruri tibbi xidmətlər göstərilib, dərhal reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, vəziyyəti ağır olan Zəhra Hüseynova Bakı şəhərindəki klinikaların birinə göndərilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir