Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Cəmiyyət


Şəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.

“Report”un məlumatına görə, hadisə nəticəsində, 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az