Tovuz döyüşlərində “Harop”un tətbiqi – VİDEO

Cəmiyyət


Dövlət Sərhəd Xidməti (DSX) 2020-ci il iyulun 12-də baş vermiş Tovuz döyüşləri zamanı düşmənə qarşı “Harop” PUA-larının tətbiq olunmasına dair video yayıb.

Videoda gecə döyüşlərində düşmən hərbi hissəsinin qərargahına “Harop”un tətbiqi görünür. Ermənistan ordusuna məxsus hərbi hissənin əvvəlki və “Harop”la vurulandan sonra dağılmış vəziyyəti əks olunur.

Bununla yanaşı, videoda gecə və gündüz saatlarında düşmənin silah-sursat anbarına, dayaq məntəqəsinə, hərbi texnika və avtomobillərinə zərbələr də videoda yer alıb.

Partlayışlardan sonra ərazidə dağıntılar yaranıb, düşmənin canlı qüvvəsi məhv olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir