Xəbər verdiyimiz kimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir. İyulun 20-dən sonra karantin rejiminin mərhələli şəkildə yumşaldılması gözlənilir. İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bilirdirib ki, gənclərimiz ömürlərində bir dəfə toy edirlər:
“Mən inanmıram ki, onlar toylarında 50 nəfərin iştirak etməsinə razı olsunlar. Ən önəmlisi isə tələb olunan sosial məsafə qorunsun. Türkiyədə toylarda 1 metr ağac tutub ara məsafəsi qoyaraq yallı gedirlər. Əlbəttə buna heç kim razı olmaz. Məcbur olan kiçik məclis düzəldə bilər. Əlbəttə orada təhlükə var. Onda da gərək tələb olunan qaydalar gözlənilsin. İnanmıram ki, iyulun 20-dən sonra toyların keçirilməsinə icazə verlsin. Gənclər səbrli olub bir az da gözləsinlər. Vəziyyət stabilləşəndən sonra toylarını etsinlər. Çünki koronavirusun daha çox yayıldığı yerlər toy və yas mərasimləridir. Kütləvi şəkildə insanlar bir yerə toplaşır. İnsanlar toyda maskadan istifadə etməyi yaddan çıxararlar. Bu gün çoxusu elə yasda yoluxurlar. Ona görə də tezliklə toyların keçirilməsinə icazə veriləcəyini güman etmirəm”.