Uşaqlara iştahaartırıcı dərman vermək olar? – AÇIQLAMA

Cəmiyyət


“Uşaqların sağlam və düzgün qidalanması mövsümə görə yox, hər zaman ciddi nəzarətdə saxlanılmalıdır”.

Oxu.Az xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bu gün Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, yay aylarında isə qidalanmaya xüsusi diqqət etmək şərtdir:

“Qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır. Çünki yay mövsümündə bəzi fastfud, kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməyə bilir. Bu səbəbdən də uşaqların həmin qidalardan istifadəsinə icazə vermək olmaz.

Ümumiyyətlə çox qida istehlakı sağlamlıq demək deyil. Artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yayda isti hava şəraiti insanda iştahasızlıq yarada bilir. Bu, normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməsini tövsiyə edirik. Buna ağartı məhsullarından qatıq, ayran, eləcə də tərəvəz və zülallı qidaları aid etmək olar. 

Yayda çəki itkisinin olması da təbiidir, bu, xəstəlik əlaməti olaraq qiymətləndirilməməlidir. Uşaqlara isə iştahasızlığın qarşısını almaq üçün əlavə iştahaartırıcı və ya vitamin verməyə ehtiyac yoxdur”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir