Füzuli rayonunda yol-nəqliyyat hadisəsi zamanı 48 yaşlı kişi ağır xəsarətlər alıb.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Eldəniz Maksim oğlu Misirov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bel fəqərəsinin sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .
www.102info.az