Balakəndə 27 yaşlı qadın itkin düşüb.
APA-nın məlumatına görə, 1996-cı il təvəllüdlü Balakən şəhər sakini Leyla Kamaldin qızı İsayeva iyulun 8-i yaşadığı evdən naməlum istiqamətdə çıxaraq bir daha geri qayıtmayıb.
Qadının artıq bir neçə gündür itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat verilib.
L.İsayevanın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində tədbirlər aparılır. Onun psixoloji problemlərinin olduğu bildirilir.
www.102info.az