Ağdam şəhərindəki Konfrans Mərkəzində “Ağdamın dirçəlişi” adlı tədbir keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbər heyəti, ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları iştirak edirlər.
“Report” xəbər verir ki, tədbir işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdən sonra iştirakçılar Ağdam şəhərində aparılan bərpa və quruculuq işləri ilə tanış olacaqlar.
www.102info.az