Bloqer Anar Əliyev memar Dilqəm İsmayılovla bu dəfə Qış parkı adlanan ərazidə olublar. Bu park Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında salınıb və altında 4 min 500 avtomobil tutumuna malik yeraltı avtomobil dayanacağı qurulub. Bu kompleks şəhərin içindəki ən böyük parkdır və ümumi ərazisi 7 hektardır. Parkın uzunluğu 1 kilometr, eni isə 150 metrdir. Park Heydər Əliyev sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazini əhatə edir.
Bloqer ərazinin problemlərini göstərən videoçarx hazırlayıb.
O, bildirib ki, burada problem çoxdur – hər zaman danışdığımız yolların və səkilərin vəziyyəti, piyada təhlükəsizliyi, eyni zamanda ümumi mühit də heç ürəkaçan deyil.
Daha ətraflı videoda:
www.102info.az