Xaricdə təhsillə bağlı Dövlət Proqramına sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olundu

Cəmiyyət


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

Təqaüd qazanan gənclər sırasında altı nəfər “University College London”, üç nəfər “Harvard University”, bir nəfər “Massachusetts Institute of Technology”, iki nəfər “ETH Zurich”, iki nəfər “Imperial College London”, üç nəfər “Columbia University”, bir nəfər isə “Stanford University” kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsabiqə üzrə digər müraciətçilərin nəticələrinin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir