“Əvvəllər yox deməyi bacarmırdım. Artıq vaxtımı boş yerə müəyyən insanlara və layihələrə xərcləməməyi öyrənmişəm”.
Bu sözləri Baku TV-də yayımlanan “Qapqara” verilişində aktyor Azər Aydəmir deyib.
“Məryəm”, “Əqrəb mövsümü” serialları ilə məşhurlaşan aktyor özündən həddən artıq razı olan insanların onu qıcıqlandırdığını, ancaq onlara həsəd apardığını deyib:
“Çünki həddən çox özündən razı olan insanın cəmiyyət arasında böyük nüfuzu və ağlasığmaz qonorarları var”.
Azər Aydəmirin sözlərinə görə, ictimai xadim statusu hər sözünü demiş sənətkara aid olmalıdır:
“Aktyor teatr, səhnə ilə kifayətlənməməlidir, öz statusunu, cəmiyyət qarşısındakı məsuliyyətini başa düşməlidir. Sənət adamına ictimai xadim statusu qaytarılmalıdır”.
Daha ətraflı süjetdə:
www.102info.az