Sərt qaydalar, yüksək qiymət: Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? – VİDEO

Cəmiyyət


İsti yay günlərində özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərə üz tutmasına gətirib çıxarır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.

Özəl çimərliklərdən fərqli olaraq, burada sərt qaydalar tətbiq edilmir. Kimi özü ilə samovar gətirir, kimi də yemək-içmək.

Qeyd edək ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir və istirahətə gələnlər daxili qaydalara riayət etməlidir.

Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su isə burada üç manata təklif edilir.

Qiymətlərin yüksək olması isə xidmət səviyyəsinin yüksək olması ilə izah edilir.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir