Bakıda poliklinikanın tavanı uçub – FOTO

Cəmiyyət


Paytaxtda fəaliyyət göstərən poliklinikalardan birinin vəziyyəti ürəkaçan deyil.

Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş tərəfindən göndərilən şikayətdə qeyd edilib.

Vətəndaş iddia edir ki, görüntülər Bakı şəhəri 3 saylı şəhər poliklinikasında lentə alınıb:

“Poliklinikaya arayış almaq üçün müraciət etmişdim. Lakin gördüyüm mənzərə məni dəhşətə gətirdi. Çardaq keyfiyyətsiz inşa edildiyi üçün yağan yağış içəriyə dolur. Su alçıpan tavanı sıradan çıxarır. Nəticədə isə ortaya gördüyünüz mənzərə çıxır”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir