Bu ilin I yarısında Azərbaycanda 975,5 kq qızıl, 1 841,3 kq gümüş istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,6% və 42,5% azdır.
Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 1 856 ton olub ki, bu da bir il əvvələ nisbətən 45,9% çoxdur.
Bu il iyulun 1-nə ölkədə 101,9 kq qızıl, 352,2 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 522,3 ton təşkil edib.
www.102info.az