Lənkəranda polis yol qəzasında həyatını itirib

Cəmiyyət


İyulun 15-də saat 22:00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”a verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir