Neft daşlarında dalğanın hündürlüyü iki metrdən yüksək olub – FAKTİKİ HAVA

Cəmiyyət


Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-sı saat 16:00-a olan məlumata əsasən proses Şəki, Qax, Oğuz, Quba, Xaltan, Qrız, Şahdağ, Biləsuvar, Daşkəsən, Yardımlı, Lerik, Lənkəranda müşahidə olunub, şimşək çaxıb, arabir yağış yağıb.

Səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.

Şimal-qərb küləyi Neftçalada arabir 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,4 metrə çatıb.

Prosesin axşama doğru əksər rayonlarda davam edəcəyi gözlənilir, yağıntıların intensivləşəcəyi ehtimalı var.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir