Bakıda 37 yaşlı qadın itkin düşdü – FOTO

Cəmiyyət


Xəzər rayonunda 37 yaşlı qadın itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, 1986-ci il təvəllüdlü Pərvanə Qadir qızı Musayevanın itkin düşməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə onun yaxınları tərəfindən müraciət edilib.

Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160 sm, saçlarının və gözlərinin rəngi qaradır. Ruhi əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.

Onu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinin (012) 590-72-03, (055) 207-08-88, (070) 270-70-42 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir