“Taxtakörpü” su anbarında meyit tapılıb

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında bir nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir