Səkiyə çıxan “Prius” məktəblini vurdu – FOTO

Cəmiyyət


Bakının Səbail rayonunda avtomobil məktəblini vurub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə rayonun 20-ci sahə ərazisində yerləşən dairəvi yolda baş verib.

Sürət həddini aşan “ Toyota Prius” markalı 99 TH 602 dövlət nömrəli nişanlı avtomobil səkidə hərəkətdə olan 3 məktəblidən birini vurub.

Hadisə zamanı məktəbli Məhəmməd Ağayev xəsarət alıb. O, xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Hadisə polis əməkdaşları tərəfindən araşdırılır.

 

www.102info.az