Qaxda su hovuzunu təmizləyən kişini ilan sancıb

Cəmiyyət


Qaxda su hovuzunu təmizləyən 69 yaşlı kişini ilan sancıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonunun Ləkit kəndində baş verib.

Həmin kənd sakini 1954-cü il təvəllüdlü Vaqif Mütəllib oğlu Aydınov öz həyətində su hovuzunu təmizləyən zaman ərazidə olan ilan qəfildən onu sağ əlindən sancıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir