Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib – VİDEO

Cəmiyyət


Bakı şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Görüntülərdən aydın olur ki, ağ rəngli minik avtomobili eyni istiqamət üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb.

Hadisə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücü ağır xəsarətlər alıb.

Xəsarət alan sürücü əraziyə cəlb olunan Təcili Tibbi Yardım briqadasının və yol polisinin köməkliyi ilə əzilmiş avtomobildən çıxarılıb.

Hələlik şəxsiyyəti məlum olmayan sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir