Masazırın zibil problemi nə vaxt həll olunacaq? – VİDEO

Cəmiyyət


Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsinin sakinləri məişət tullantılarının vaxtlı-vaxtında daşınmamasından şikayət edirlər.

Masazır sakinləri bildirirlər ki, zibil qabları bir həftədir dolub-daşır, amma kimsə gəlib bu zibili ərazidən daşımır. 

Şikayətçilər bildirirlər ki, zibili daşıyacaq qurumla sakinlər arasında müqavilə imzalanıb, hər ay ödənişlər edilir. Lakin buna baxmayaraq, tullantılar vaxtlı-vaxtında daşınmır. Nəticədə ərazidə antisanitariya yaranır. 

Sakinlərin iddiasına görə, Masazır icra nümayəndəliyinə və bələdiyyəyə dəfələrlə müraciət etsələr də problem öz həllini tapmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir