“Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 26 ünvanında fəaliyyət göstərən “Ağa Çayı” kafesindən atmosfer havasına tüstünün yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb”.
Bu barədə DETX rəsmisi Xaliq Mirzəyev bildirib.
Onun sözlərinə görə, əraziyə baxış keçirilib və müəyyən olunub ki, sözügedən iaşə obyektinin fəaliyyəti zamanı atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə kafedə qaz-toz tutucu qurğu quraşdırılmayıb.
“Faktla bağlı kafenin səlahiyyətli nümayəndəsi Şakir Məmmədov barəsində protokol tərtib olunub. Eyni zamanda, kafedə təmizləyici qurğunun quraşdırılması məqsədilə ona məcburi göstəriş verilib”, – o qeyd edib.
www.102info.az