Rusiya dünyanı taxılla sınağa çəkir: Çörək bahalaşacaq – FOTO

Cəmiyyət


“Rusiyanın “Taxıl sazişi”ni ləğv etməsindən sonra birjalarda taxılın qiymətinin 3% qalxması dünya səviyyəsində taxılın qiymətinə təsir etsə də, Azərbaycanda bu ehtimal yüksək görünmür”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib. 

O, Rusiyanın “Taxıl sazişi”ni ləğv etməsindən sonra dünya birjalarında yaranan artımdan (3%), habelə bunun ölkəmizə təsir mexanizmlərindən söz açıb. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə rusiyalı həmkarı ilə danışıqlar aparacağını qeyd etsə də, Rusiya tərəfi artıq sazişin uzadılmayacağını bəyan edib. 

R.Quliyev isə söyləyib ki, hazırda Azərbaycanda ən azı 1 illik taxıl ehtiyatı var. Onun sözlərinə görə, Azərbaycan hökuməti bununla bağlı öz işini çox ehtiyatlı tutub. 

Deputat diqqətə çatdırıb ki, Ukrayna müharibəsinin davam etməsinə baxmayaraq, ölkənin qida ilə əlaqədar ehtiyat fondu tam doludur: 

“Ehtiyat fondumuzda isə kifayət qədər qida məhsulu mövcuddur. Eləcə də hansı ölkədən Azərbaycana taxıl gətirmək mümkündürsə, onların hamısı ilə artıq sazişlər bağlanıb, iş də gedir. Ona görə də heç bir təşviş və panika yaratmağa ehtiyac yoxdur. Bəlkə burada bir neçə işbazlar oyun oynaya bilərlər ki, bu da onların işidir. Lakin qanun-qayda və nəzarət var deyə, problem olacağını gözləmirəm”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir