Bakıda iki avtomobil toqquşub, yeniyetmə ağır xəsarət alıb

Cəmiyyət


Bakıda iki avtomobil toqquşub.

“Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində 2007-ci il təvəllüdlü Namik Zamik oğlu Tarverdiyev xəsarəat alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Həkim müayinəsindən sonra yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir