Laçın sakini: “İtirdiyimiz ümidlər bizə geri qaytarıldı”

Cəmiyyət


“Bu gün biz Laçına qayıdırıq. Şükürlər olsun ki, arzularımız çin oldu. İtirdiyimiz ümidlər bizə geri qaytarıldı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ata-baba yurduna qayıdan Laçın sakini Nazim Əliyev söyləyib.

“31 il keçməsinə baxmayaraq Laçının hər qarışı mənim yadımdadır. O müqəddəs yerləri necə unutmaq olar? Laçın mənim həyatımın ayrılmaz bir hissəsidir. Baxmayaraq ki, 30 il onun həsrəti ilə yaşadım, amma bir an da olsun ümidimi itirmədim, Laçını unutmadım. Bundan sonra doğma yurd yerlərinin gülüstana çevrilməsi üçün nə lazımdırsa edəcəyik”, – deyə o vurğulayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir