Bakıda yük maşını dayanacaqdakı sərnişin avtobusuna çırpılıb – VİDEO

Cəmiyyət


Bakıda yük maşını dayanacaqda dayanan avtobusa çırpılıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bakı metrosunun “Xocəsən” stansiyasının qarşısında avtobus dayanacağında yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 99-XV-381 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü iddia edir ki, dayanacaqda dayandığı vaxt “Mercedes-Benz Atego” markalı yük maşını sükanı arxasına əyləşdiyi nəqliyyat vasitəsini vurub.

Sərnişinlər arasında xəsarət alan olmayıb.

Bu barədə Oxu.Az-a “Xocəsən” stansiyası yaxınlığında dayanacaqda qeydə alınan qəzanın təfərrüatı barədə məlumat verən “Bus Trans” MMC-nin sahibi Qalib Salahov məlumat verib.

Onun sözlərinə görə, 155 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü dayanacaqda olarkən yük maşını nəqliyyat vasitəsini arxadan vurub: 

“Hadisə zamanı heç kim xəsarət almayıb. Sərnişin avtobusuna maddi ziyan dəyib”.

Qəza yerindən görüntüləri təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir