Avtomobilin kilometrajına müdaxiləni necə aşkarlamaq olar? – VİDEO

Cəmiyyət


Xarici ölkələrdən gətirilən bəzi nəqliyyat vasitələrinin kilometrajına müdaxilələr edilir.

Xezerxeber.az-ın məlumatına görə, bahalı avtomobillərin kilometrajı geri çəkilərək bazara aşağı qiymətlə təklif olunur.

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, kilometraja müdaxilə çox sadə və asan prosesdir.

Usta bildirir ki, Amerikadan idxal edilən nəqliyyat vasitələrində belə hallar daha çox müşahidə edilir. Cənubi Koreya bazarından gələn avtomobillərin isə 99 faizində bu cür müdaxilələr aşkarlanır. Xüsusilə də dizellə işləyən avtomobillərin kilometrajı, hətta 300-400 min kilometr geri çəkilərək ölkəyə gətirilir.

Dəniz Ağabəyliyinin sözlərinə görə, alıcılar avtomobil aldığı xarici şirkətlərə güvənirlərsə, nəqliyyat vasitəsini həmin şirkətlərin ustalarına da yoxladaraq müdaxilələri aşkarlaya bilərlər. Digər hallarda isə artıq ölkəyə gətirilən avtomobilin burada yoxlanması faydasızdır. Çünki nəqliyyat vasitəsi istənilən halda şəxsə aid hesab olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir